03 May 2024, Cümə

Naxçıvan Dövlət Universitetində “Azərbaycan – müstəqil dövlətim mənim” adlı fotovideo, əl işləri müsabiqəsinə yekun vurulub.
Müsabiqədə fərqlənən tələbələrin mükafatlandırılması mərasimində çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Rafiq Rəhimov tariximizin müstəqillik səhifəsinə nəzər salıb. Qeyd edib ki, bu cür tədbirlərin keçirilməsinin əsas məqsədi tələbələri milli vətənpərvərlik, adət-ənənələrimizə, mədəniyyətimizə, incəsənətimizə hörmət ruhunda tərbiyə etmək, ayrı-ayrı sahələr üzrə istedadlı gənclərin üzə çıxarılaraq onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdən ibarətdir.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının növbəti şura iclasında cari ilin 9 ayında təşkilatın gördüyü işlərdən və qarşıda duran vəzifələrdən danışılıb. Tədbirdə çıxış edən təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov bildirib ki, rayon təşkilatının tərkibində fəaliyyət göstərən 54 ərazi ilk partiya təşkilatında üzvlər arasında nizam-intizamın möhkəmləndirilməsinə, ərazi ilk təşkilatlarında ideoloji işin təşkilinə diqqət xeyli artırılıb.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında növbəti dəfə beynəlxalq silahlara nəzarət inspeksiyası keçirilib.

Norveç Krallığının rəhbərlik etdiyi və tərkibində Danimarka, Lüksemburq, Niderland, İspaniya və ABŞ-dan nümayəndələrin də yer aldığı 9 nəfərdən ibarət beynəlxalq inspeksiya qrupu tərəfindən Əlahiddə Ümumqoşun Orduda “Elan olunmuş yer”in inspeksiyası və qiymətləndirməsi aparılıb.

Ardını oxu...

Sofiyada Bolqarıstanın Müqəddəs Kiril və Metodiy adına Milli Kitabxanasında görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbir ölkəmizin Bolqarıstandakı səfirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Bolqarıstan Elmlər Akademiyasının (BEA) Ədəbiyyat İnstitutu və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi barədə Sərəncamına əsasən təşkil olunan tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, BEA Ədəbiyyat İnstitutunun direktoru dosent Elka Traykova, Müqəddəs Kiril və Metodiy adına Milli Kitabxananın direktor müavini Vanya Avramova, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şiqayeva-Mitreska, ədəbi tənqidçilər, şair və yazıçılar iştirak ediblər.

Mərasimdə çıxış edən İ.Həbibbəyli görkəmli yazıçı, böyük dramaturq və ictimai xadim C.Məmmədquluzadənin XIX əsrin sonlarının maarifçilik hərəkatı, XX əsrin əvvəllərinin siyasi intibah ideyaları zəminində meydana çıxmış qüdrətli sənətkar olduğunu, onun Azərbaycan ədəbiyyatında “Molla Nəsrəddin” ədəbi məktəbinin yaradıcısı və tənqidi realizm ədəbi cərəyanının banisi kimi böyük şöhrət qazandığını, böyük ədibin Azərbaycan ədəbiyyatında milli istiqlal ədəbiyyatının sərkərdəsi kimi qəbul olunduğunu vurğulayıb. Akademik, həmçinin müsəlman dünyasında karikaturalı ilk satirik jurnal olan “Molla Nəsrəddin” barədə danışıb. İ.Həbibbəyli kiçik hekayə janrının və “kiçik adam” obrazlarının simasında xalq həyatının bədii ədəbiyyata gətirilməsi işinin ilk dəfə C.Məmmədquluzadənin bədii nəsrində baş tutduğunu söyləyib.

BEA Ədəbiyyat İnstitutunun direktoru dosent E.Traykova yazıçı, dramaturq və publisist Cəlil Məmmədquluzadə yaradıcılığı barədə məlumat verərək bildirib ki, o, realizm ədəbi cərəyanının parlaq nümunələrindəndir. E.Traykova yazıçının əsərlərindəki dərin mənanın incə yumor vasitəsilə oxuculara çatdırılmasından, onun hekayələrindəki yüksək bədii ustalıqdan, yaratdığı bədii obrazların təqdimində onların mənəvi aləminə nüfuz etməsindən bəhs edib.

Ardını oxu...

AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, professor Musa Qasımlı Türk Tarix Qurumu və İğdır Universitetinin Türkiyə, Azərbaycan, ABŞ, İtaliya, Hindistan və Ukrayna tarixçilərinin iştirakı ilə təşkil etdiyi “Türk-erməni münasibətləri” mövzusunda birinci beynəlxalq elmi simpoziumda iştirak edib.

Qafqazşünaslıq İnstitutundan bildirilib ki, tədbirdə azərbaycanlı alimin həm simpoziumun plenar iclasındakı çıxışı, həm də bölmə iclasında “XIX əsrin sonları - XX əsrin əvvəllərində İğdırda erməni silahlı dəstələrinin törətdikləri qırğınlar (Rusiya və Gürcüstan arxiv mənbələri əsasında)” mövzusunda məruzəsi maraqla qarşılanıb.

Simpoziumun yekun dəyərləndirməsini AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı, Türkiyənin görkəmli tarixçiləri - professorlar Kamal Çiçək, Hikmət Öksüz və Esen Dayı aparıblar.

AZƏRTAC

Azərbaycan Diplomatik Xidmət Orqanlarının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Misirdəki səfirliyində tədbir keçirilib.

Azərbaycanın Misirdəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Misir Parlamentinin I vitse spikeri, Seyyidlər İttifaqının sədri, Seyyid Mahmud Şərif, Parlamentin Dini Məsələlər və Vəqflər üzrə Komitəsinin sədri, Misir-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dr.Usama Əl-Əbd, Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Dini məsələlər üzrə müşaviri Dr.Usama Əl-Əzhəri, Azərbaycanın Sudandakı Fəxri konsulu Tariq Həmzə Zeynülabidin, Misir-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri, bəzi Avropa, Asiya, Afrika ölkələrinin səfirləri, Misirin ictimai-siyasi xadimləri, KİV nümayəndələri, diaspora və iş adamları iştirak ediblər.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Konservatoriyasının akt zalında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin anadan olmasının 70 illiyi münasibətilə “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib. Əvvəlcə tədbir iştirakçıları görkəmli alimin elmi-ictimai fəaliyyətini əks etdirən “Akademik İsa Həbibbəyli-70” adlı sərgiyə baxıblar. Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək bildirib ki,Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun keçirilən bugünkükonfrans Ali Məclisin Sədri cənab Vasif Talıbovun görkəmli akademikin timsalında elmə, ziyalılığa, elm adamlarına verdiyi yüksək dəyərin ifadəsidir. Son illər muxtar respublikamızda elmin inkişafı ilə bağlı imzalanan sərəncamlar, alim nüfuzunun yüksəldilməsinə xidmət edən tədbirlər, atılan tarixi addımlar Naxçıvanın gələcək inkişafına hesablanan dövlət elm siyasətinə ən bariz nümunədir.Akademik İsa Həbibbəylinin yubiley tədbirlərinin Naxçıvanda dövlət səviyyəsində həyata keçirilməsi faktı da muxtar respublika rəhbərinin görkəmli alimin timsalında doğma yurda bağlılıq, vətən sevgisi, soykökə qayıdış, ümumilikdə milli-mənəvi dəyərlər siyasətinin konseptual proqramı kimi də dəyərləndirilə bilər.

 Vurğulanıb ki, akademik İsa Həbibbəyli ilk növbədə bütün ömrünü Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliğinə həsr edən ictimai xadimdir. Ümummilli lider Heydər Əliyevin miras qoyduğu dövlətçilik ənənələrini yaşadan və inkişaf etdirən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən milli maraqlarımıza uyğun həyata keçirilən daxili və xarici siyasət, müstəqilliyimizinmöhkəmləndirilməsi, təhlükəsizliyimizin təminatı, Azərbaycan xalqının maddi rifah halının daha da yaxşılaşdırılması, regionda sülhün və təhlükəsizliyin təmin olunması, ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun daha artırılması akademik İsa Həbibbəylinin ictimai xadim kimi fəaliyyətinin əsas istiqamətləridir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi Azərbaycançılıq ideologiyasını hər zaman uca tutan, milli-mənəvi dəyərlərimizə sadiq olan İsa Həbibbəyli xalqı və dövlətini ürəkdən sevən, sözü, əməli işi və sədaqəti bir-birini tamamlayan şəxsiyyətdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarından, Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndələrindən və “Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçılarından ibarət bir qrup şəxs Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.

Komitənin sədri Fuad Muradovun təşəbbüsü ilə 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə reallaşan səfərdə məqsəd “Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçılarına Azərbaycanın qəhrəmanlıq salnaməsinə qızıl həriflərlə yazılan, Aprel qəhrəmanlarının şah əsəri olan böyük qayıdışın başlanğıc nöqtəsi Cocuq Mərcanlı kəndinin tanıdılması, burada təhsil alan məktəblilərə mənəvi dəstəyin göstərilməsi, sərhəd bölgəsində yaşayan insanların xalqımızın və dövlətimizin daim diqqətində olduğunun bir daha nümayiş etdirilməsidir.

Cocuq Mərcanlıya səfər çərçivəsində Dövlət Komitəsinin nümayəndə heyəti Horadiz qəsəbəsində Aprel şəhidlərinin şərəfinə ucaldılmış xatirə abidəsini də ziyarət edərək, önünə gül dəstələri qoyub.

Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev nümayəndə heyətinə məktəb barədə ətraflı məlumat verib. Bildirib ki, hazırda 84 şagirdin oxuduğu təhsil ocağı bütün lazımi avadanlıqlarla təchiz edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, Könüllülərlə iş üzrə koordinator Bəxtiyar Rəhimov çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində Vətənimizin gündən-günə abadlaşdığını diqqətə çatdırıb. Qarabağ mövzusunda bu kimi görüşlərin keçirilməsinin vacibliyini qeyd edən B.Rəhimov növbəti görüşləri işğal altında olan torpaqlarımızda, o cümlədən Şuşada keçirməyi arzulayıb.

Ardını oxu...

Oktyabrın 20-də saat 06:53-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xocavənd rayonunun Ağburun adlanan ərazisində 2 ədəd mərminin və 1 ədəd minanın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Xocavənd Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, Xocavənd Rayon Polis Şöbəsinin və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd 122 mm-lik top mərmisi (OF-56), 1 ədəd tank əleyhinə TM-62 minası və 1 ədəd tank əleyhinə minanın partladıcısı (MVÇ-57) aşkar olunara zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mina və mərmilərin ətrafında 160 kvadratmetrəraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ardını oxu...

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 22-də və 23-də Xocavənd və Ağdam rayonları istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət edilən Azərbaycan ərazisində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Mixail Olaru aparacaqlar.

AZƏRTAC

Qazaxıstanın paytaxtı Nur-Sultanda Beynəlxalq Türk Akademiyası tərəfindən nəşr edilən Qazaxıstanın tanınmış dövlət və ictimai xadimi, türkoloq, alim və ədəbiyyatşünas Mırzatay Joldasbekovun “Qorqud ata” və “Böyük Çöl ədəbiyyatı” kitablarının təqdimat mərasimi olub.

AZƏRTAC xəbər verir ki, mərasimdə “Kitabi Dədə Qorqud” dastanın Drezden nüsxəsinin qazax dilinə tərcüməsinin təqdimatı da keçirilib.

Akademiyanın prezidenti Darxan Kıdırali qeyd edib ki, “Böyük Çöl ədəbiyyatı” kitabında müəllifin 50 illik elmi işinin nəticəsi olan əsərlər var. “Qorqud ata” kitabında isə geniş oxucu kütləsinə qazax dilində mətnlər, həmçinin “Dədə Qorqud”un Drezden əlyazması əsasında hazırlanmış lüğəti təqdim olunur.

Ardını oxu...

 

 

 

Rusiyanın Pomorye diyarının paytaxtında ilk dəfə Azərbaycanın Müstəqillik Günü münasibətilə təntənəli tədbir keçirilib.

AZƏRTAC Arxangelsk vilayəti qubernatoru və hökumətinin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, vilayət hökuməti sədrinin layihələşdirmə üzrə müavini Viktor İkonnikov yerli diasporu bayram münasibətilə təbrik edib.

Hazırda Arxangelsk vilayətində yaşayan 10 minə yaxın azərbaycanlı regionun həyatında fəal iştirak edir. Bu, heç də təəccüblü deyil, çünki Azərbaycanı və Pomorye diyarını onilliklərlə sınanmış xüsusi əlaqələr birləşdirir. Belə ki, sovet dövründə müttəfiq respublikalar RSFSR-in qaratorpaq regionları üzərində rəsmi himayədarlıq həyata keçirirdilər. Əlamətdar haldır ki, bu kampaniya çərçivəsində Azərbaycan SSR məhz Arxangelsk vilayəti ilə əməkdaşlıq edirdi.

Viktor İkonnikov deyib: “Bu gün əməkdaşlığımızın aktiv şəkildə inkişaf etməsində Azərbaycan ilə tarixi əlaqələrin mühüm rolu var. Hazırda regionla Azərbaycan arasında taxta-şalban və sellüloza materiallarının ixracı üzrə böyük həcmdə əmtəə dövriyyəsi mövcuddur. Bununla yanaşı, mütəmadi olaraq nümayəndə heyətlərinin mübadiləsi həyata keçirilir və çoxlu sayda mədəniyyət layihələri reallaşdırılır. Yaxın vaxtda əlaqələrimizin inkişafına dair saziş də imzalanacaq”.

Son illər ərzində Arxangelsk vilayətindəki Azərbaycan diasporu mədəni və ictimai tədbirlərdə də fəal iştirak edir. Hər il Arxangelskdə Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə şənliklər təşkil olunur. Vilayətdəki Azərbaycan diasporunun rəhbəri Tərlan Qasımov deyib: “Azərbaycan hələ sovet dövründə Rus Şimalında həyata keçirilən bir çox layihələrdə iştirak edib. Diasporun fəaliyyəti illərində isə xalqlarımız arasında əlaqələr daha da möhkəmlənib. Ümidvaram ki, onlar gələcəkdə də inkişaf edəcək və biz əməkdaşlıq etməkdə, bir-birimizə dəstək göstərməkdə davam edəcəyik”.

Qeyd edək ki, hazırda Arxangelsk vilayəti və Azərbaycan Respublikasının hökumətləri arasında imzalanmaq üçün iqtisadiyyatın və sosial həyatın müxtəlif sahələrini əhatə edən ticari-iqtisadi, elmi-texniki, sosial-mədəni əməkdaşlıq haqqında saziş işlənib hazırlanır.

 

Fəridə Abdullayeva

 

 

 

 

Naxçıvan Qarnizonunda 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə silsilə tədbirlər olub.

Dövlət Müstəqilliyi Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində hərbi qulluqçular arasında “Hər sözümüz Vətən desin!” adlı şeir müsabiqəsi keçirilib.

Tədbirdə Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Elman Orucov dövlət müstəqilliyinin qazanıldığı ilk illərdə muxtar respublika əhalisinin ümummilli liderimiz Heydər Əliyevin ətrafında sıx birləşdiyini və dahi liderin Naxçıvanı düşmən işğalından qoruduğunu vurğulayıb. Bildirib ki, bu gün ordu quruculuğu siyasəti uğurla davam etdirilir və Naxçıvanın müdafiə potensialı daha da möhkəmləndirilir. Yaradılan şəraitin nəticəsidir ki, daim əli tətikdə, gözü hədəfdə olan hərbçilərimiz müxtəlif yarış və müsabiqələrdə də öz bacarıqlarını nümayiş etdirir, birinci olmaq üçün mübarizə aparırlar.

Naxçıvan ­Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev, birliyin üzvləri Həsənəli Eyvazlı, Əbülfəz Ülvi, Zeyqəm Vüqar və digərləri xalq-ordu birliyindən danışıb, “Hər sözümüz Vətən desin!” adlı şeir müsabiqəsinin hərbi qulluqçuların yaradıcılıq qabiliyyətlərinin və qiraət bacarıqlarının üzə çıxarılmasında mühüm rol oynadığını qeyd ediblər.

Çıxışların ardından müsabiqədə iştirak edən zabit və əsgərlər Vətənimizə həsr edilmiş şeirləri bədii qiraət ediblər.

Tədbirin sonunda müsabiqənin qalibləri mükafatlandırılıblar.

* * *

Silsilə tədbirlər çərçivəsində Heydər Əliyev adına Hərbi Liseyin təşkilatçılığı ilə “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilib. 

Tədbirdə çıxış edən Hərbi Liseyin rəisi, general-mayor Məhəmməd Həsənov müstəqilliyimizin əbədi və dönməz olduğunu vurğulayıb. Bildirib ki, 2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektar ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli yüksəkliklər düşməndən azad edildi. Təbii ki, bütün bunlar da müstəqilliyimizin dayağı olan ordumuzun qüdrətindən xəbər verir.

Sonra Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək və ansambl üzvləri tərəfindən mahnılar və milli rəqslər ifa edilib, Heydər Əliyev adına Hərbi Liseyin kursantları Vətənimizə həsr edilmiş şeirləri bədii qiraət edib, Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental Ansamblının solistləri və Naxçıvan Dövlət Universitetinin tələbələri konsert proqramı ilə çıxış ediblər.

Sonda tədbirdə fəal iştirak edənlər  mükafatlandırılıblar.

Nəriman NƏCƏFOV

 

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin anadan olmasının 70 illiyi münasibətilə Naxçıvan Dövlət Universitetinin Elektron kitabxanasında “Naxçıvan ədəbi mühiti akademik İsa Həbibbəylinin tədqiqatlarında” mövzusunda tədbir keçirilib.

Ardını oxu...

 

Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin 1-ci iclasında iştirak etmək üçün Parisdə səfərdə olan Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəsi Bəxtiyar Əsgərov Naxçıvan şəhəri ilə qardaşlaşma xartiyası imzalamağa hazırlaşan Montro-Fot-Yonn şəhərinin meri Ceyms Şeron ilə görüşüb. 

Ardını oxu...

Ölkələrimiz arasında dostluq əlaqələrini inkişafına töhfə vermək üçün Motro-Fot-Yonn şəhəri Naxçıvan şəhəri ilə qardaşlaşmaq arzusundadır. Bu fikri Montro-Fot-Yonn meriyasının qardaşlaşma komitəsinin sədri Gi Ankaua AZƏRTAC-a müsahibəsində söyləyib. Hər iki şəhər arasında mədəniyyət, musiqi, idman sahələrində əlaqələr qura və mübadilələr apara bilərik. Qarşılıqlı olaraq bir-birimizi daha yaxından tanıyarıq. Qarşılıqlı görüşlərimiz və müzakirələrimiz əməkdaşlığımızın sahələrini müəyyən etməyə imkan yaradır. 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Montro-Fot-Yonn

Fransa və Azərbaycanın ərazi kollektivləri arasında sazişlər imzalanıb.  İki gün əvvəl Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin iclası keçirildi. İclasda hər iki ölkənin səfirləri, Azərbaycan İqtisadiyyat nazirinin müavini iştirak edirdi. Həmin iclas çərçivəsində Naxçıvan şəhərinin rəsmi nümayəndəsini Montro-Fot-Yonna dəvət etdik. Bu gün onu meriyamızda qarşılamaqdan çox şadıq. Bu gələcək əməkdaşlığımızı müzakirə etmək üçün vacibdir. 

Ardını oxu...

“Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda keçirilən konfransı bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin bərpası və möhkəmləndirilməsi, milli dövlətçilik ənənələrinin qorunması, siyasi, iqtisadi islahatların həyata keçirilməsi istiqamətində gördüyü məqsəd­yönlü tədbirlərdən danışıb.

Ardını oxu...

Sentyabr ayında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi muxtar respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmişdir. Belə ki, Mülki Müdafiə Alayı və Şərur Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsində xidmətin təşkili və aparılması üzrə nümunəvi məşğələ, Mülki Müdafiə Alayının zabit heyəti ilə birgə qərargah məşqi keçirilmiş, həmçinin Əlahiddə Ümumqoşun Ordunun Mülki Müdafiə Alayı ilə 2019-cu tədris ilinin uzlaşma planına əsasən qarnizon üzrə keçirilən sürücülük məşğələlərində 21 sürücünün, çöl çıxışında isə rabitəçilərin iştirakı təmin edilmişdir. Mülki Müdafiə Alayı və Xüsusi Riskli Xilasetmə Xidmətinin müddətdən artıq həqiqi hərbi xidmət edən 4 hərbi qulluqçusu, hərbi hissənin tabor komandirləri və müavinləri Əlahiddə Ümumqoşun Ordunun Təlim Tədris Mərkəzində keçirilən toplantılara və ixtisasartırma kurslarına cəlb olunmuşlar.

Ardını oxu...

İsa Həbibbəyli - 70


 

Mətn - dil vahidlərinin semantikası baxımından çoxölçülü fikir məkanıdır. Mətn mənanın və müəyyən struktur qanunauyğunluqlarının vəhdətindən yaranır. Bu məkan semantik bitkiliyi müəyyən iyerarxik bütövlüyü nümayiş etdirir, resipiyent tərəfindən informativ yükü daşıma və ötürmə prosesində mühüm amil kimi çıxış edir. Mətn "elmi məkan"dır. Həmin məkanda elmi mənanın həqiqiliyi ilə yanaşı, paradoksallıq da özünü göstərə bilir.

Ardını oxu...

Bu yaxınlarda akademik İsa Həbibbəylinin 70 yaşı tamam oldu. Uzun və şərəfli omrün yeni bahar yaşına qədəm qoydu İsa müəllim. Mən bahar deyirəm, çünki İsa Həbəbbəylini yaradıcı ruhu və enerjisi baxımından həmişə bahar təzəliyini əks etdirən ovqat və dinamikada görmüşəm. Bu, onun fərqliliyinin və özəlliyinin ilkin göstəricisidir.

Ardını oxu...

Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, “Scandic Continental” otelində reallaşan tədbir Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə təşkil olunub.

Ardını oxu...

Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Fransadakı səfirliyimizin dəstəyi və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) təşkilatçılığı ilə Azərbaycanda və Gürcüstanda qadınlara səsvermə hüququ verilməsinin 100 illiyi münasibəti ilə iki ölkənin incəsənət nümayəndələrinin birgə tədbiri keçirilib.

Ardını oxu...

Azərbaycanın Qarsdakı Baş Konsulluğunda 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü və diplomatik orqanlarımızın yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

Ardını oxu...

18 oktyabr Dövlət Müstəqilliyi Günüdür

Azərbaycan xalqının tarixi azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir. Ötən əsrdə iki dəfə dövlət müstəqilliyini elan edən ölkəmiz bu yolda minlərlə şəhid vermişdir. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək tam dövlət hakimiyyətinə malik Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını bəyan etmişdir. Müsəlman Şərqinin və Türk dünyasının ilk cümhuriyyəti bir çox xarici dövlətlər tərəfindən tanınmış, müstəqil dövlətin təsisatları yaradılmışdır. Təəssüf ki, cümhuriyyət cəmi 23 ay fəaliyyət göstərmişdir. Sovet işğalındakı 70 illik bir müddətdə Azərbaycan xalqı özünün azadlıq ideallarını, müstəqillik arzularını yaşatmış, XX əsrin sonlarında ikinci dəfə müstəqillik əldə etmişdir: 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunmuşdur. 

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibətilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu” mövzusunda elmi-praktik konfrans keçirib.

Ardını oxu...

Azərbaycan Respublikasının Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində keçirilən Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin 1-ci iclasında Naxçıvan Muxtar Respublikası da təmsil olunub.

Ardını oxu...

Azərbaycanda dövlət dilinin şifahi şəkildə istifadə edildiyi sferalarda eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət (jest) dilinin rəsmi olaraq ünsiyyət dili kimi tanınması təmin ediləcək.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər sentyabr ayında da davam etdirilmişdir. Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 19 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanun­vericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülmüşdür.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində 18 ok­tyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı konfrans keçirilib.
İncəsənət fakültəsinin sərgi salonunda mövzu ilə bağlı sərgiyə baxış olub. Fakültənin akt zalında davam edən tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müstəqilliyin ilk illərində Azərbaycan xalqının üzləşdiyi çətinliklərdən danışıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvan­şünaslıq Mərkəzində “Akademik İsa Həbibbəyli alim və ictimai xadim kimi” mövzusunda açıq dərs keçilib.
Tədbiri giriş sözü ilə mərkəzin elmi katibi Nihad Tarverdiyev açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Tədbirlər Planına əsasən akademik İsa Həbibbəylinin 70 illik yubileyi münasibətilə ali təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyatı ixtisasının tələbələrinin iştirakı ilə açıq dərs keçilir.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının növbəti şura iclasında 2019-cu ilin doqquz ayında görülmüş işlər müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Şura iclasında çıxış edən təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev bildirib ki, bəhs olunan dövrdə də Şərur rayonunda bütün sahələrdə inkişaf təmin olunub, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılıb, uğurlar qazanılıb. Bu nailiyyətlərin əldə edilməsində sosial-iqtisadi həyatın bütün sahələrində təmsil olunan Yeni Azərbaycan Partiyası üzvlərinin xidmətləri danılmazdır.

Ardını oxu...

Birinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməyim haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı məni çox qürurlandırdı. Bu, təkcə mənə, mənim əməyimə deyil, Azərbaycan elminə göstərilən diqqət və qayğının təzahürüdür.

Ardını oxu...

Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsi-2 nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının dosenti Məlahət Vəliyeva ABŞ Dövlət Departamentinin alimlər üçün nəzərdə tutulmuş tədqiqat təqaüdünü qazanıb.

Ardını oxu...

Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb.

Bu barədə Prezident İlham Əliyev oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə deyib.

Ardını oxu...

16 oktyabr 2019-cu ildə müasir Azərbaycan humanitar və ictimai elmi düşüncəsinin nüfuzlu simalarından biri, görkəmli ədəbiyyatşünas alim, bacarıqlı elm təşkilatçısı, təcrübəli pedaqoq, fəal vətəndaş-ziyalı mövqeyi ilə seçilən ictimai xadim İsa Həbibbəylinin yetmiş illik yubileyidir.

Ardını oxu...

İqtisadi sahədə aparılmış islahatlar beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur. Dünya Bankının 2020-ci il üzrə “Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir.

Ardını oxu...

Qırğızıstandan Türk Şurasına sədrliyi qəbul edən Azərbaycan bu müddət ərzində ölkələrimiz arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərəcəkdir. Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

Ardını oxu...

Ermənistan çalışır ki, müsəlman ölkələri ilə sıx əməkdaşlıq qursun. Ancaq dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etdirir.

Bunu Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə Görüşündə söyləyib.

Ardını oxu...

“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin ofisində 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Misirdə yaşayan azərbaycanlı ailələr, bu ölkənin nüfuzlu universitetlərində təhsil alan tələbələr iştirak ediblər.

Ardını oxu...

Yalnız gümrah və qaynar coşqunluqda, doğma ölkəyə hərarətli sevgidə, cəsarət və qətiyyətdə qələbə doğulur. Və təkcə inzivayə çəkilmiş ruh yüksəkliyində deyil, həm də bütün qüvvələrin inadla səfərbərliyə alınması şəraitində, dağları yerindən oynadan, əsrarəngiz dərinlikləri kəşf edən və onları gün işığına çıxaran həmin tədrici və dönməz, daimi yanmada əldə edilə bilər.

M.V.Lomonosov


Onun kimi insanlar haqqında, talelərinin hökmdarı olduqlarını söyləyirlər... O, meqapolislərdən uzaq doğulub ərazisini, mühitini qlobal miqyasda genişləndirməyi bacardı. Kiçik Vətənində – Naxçıvanda, öz həmyerliləri və qohumları arasında özünü heyrətamiz dərəcədə rahat hiss edir. O, bütün Azərbaycanda ictimai xadim, ağsaqqal və müəllim kimi, İsa müəllim kimi, elmin yüksək zirvələrinə çatan, elmi və təşkilatçılıq fəaliyyətindəki uğurlarına görə tanınan və hörmət edilən biridir. Onu izlədikdə eşitmək, anlamaq və lazım olduqda məsləhətləri və ya əməli işi ilə kömək etmək, səmimi sevinmək və həmkarlarının uğurları ilə fəxr etmək, hətta kiçik nailiyyətlər üçün tabeliyində olanlara dəstək və tərif sözləri demək qabiliyyətlərinə çox təəccübləndim. Əsl ideya və fikir yaradıcısı, zəhmətkeş və tədqiqatçıdır!

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası sentyabr ayında da diqqətdə saxlanılmış, seminar, monitorinq və tədbirlər keçirilmiş, sərgi-satışlar təşkil olunmuşdur.
Aztəminatlı ailənin üzvü və sağlamlıq imkanları məhdud 5 qadının peşə kurslarına cəlb olunması, məşğulluq probleminin aradan qaldırılması ilə bağlı müraciət etmiş 2 qadının isə işlə təmin edilməsi üçün məlumatlar aidiyyəti orqanlara göndərilmişdir. “Arıçılıq məhsulları – bal festivalı”nda 76 istedadlı qadının 385 əl işi nümayiş olunmuş, 18 qadının 35 əl işi satılmışdır.

Ardını oxu...

İstilik sistemi olmayan müəssisələrin mal-materiallarla təmin olunması ilə bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Maliyyə nazirinin müavini Həsən İsmayılov çıxış edərək bildirib ki, 2019-cu il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Maliyyə Nazirliyinin qarşısında da bir sıra vəzifələr qoyulub. Nazirliyə muxtar respublikada istilik sistemi olmayan müəssisələrə payız-qış mövsümündə tələb olunan mal-materialın alınması üçün lazımi maliyyə vəsaitinin ayrılmasını təmin etmək, həmçinin dövlət müəssisələrində enerji daşıyıcılarından istifadə zamanı borc qalığının yaranmamasını nəzarətdə saxlamaq tapşırılıb.

Ardını oxu...

“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 avqust tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya öz işini qanunvericiliyin tələblərinə uyğun olaraq yerinə yetirmiş, şəffaflıq və obyektivliyin təmin edilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirləri sentyabr ayında davam etdirmişdir.
Naxçıvan Muxtar Respublikasının dövlət ümumtəhsil müəssisələrinə işə qəbul üçün elan edilmiş müsabiqənin test imtahanları keçirilmiş, müsabiqəyə 302 vakant vəzifə çıxarılmış, 199 vəzifənin tutulması üçün 613 namizəd müraciət etmişdir. Test imtahanlarında 576 namizəd iştirak etmiş, 235 nəfər keçid balını toplamışdır. Şahmatın tədrisinin keyfiyyətinin yaxşılaşdırılması və müəllimlərin peşəkarlıq səviyyələrinin yoxlanılması məqsədilə şahmat fənnini tədris edən müəllimlərin sertifikasiyası üzrə test imtahanları olmuş, imtahanlarda 93 müəllim iştirak etmiş, onlardan 83-ü müvafiq keçid balını toplamışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində oktyabr ayının ilk 15 günü ərzində müəyyən qərarlar qəbul edilmişdir. Belə ki, 2019-cu il 3 oktyabr tarixli qərarları ilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 2 sentyabr tarixli 77 nömrəli Qərarında və “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 8 may tarixli 60 nömrəli Qərarında bir sıra dəyişikliklər edilmişdir.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin
mətbuat xidmətinin məlumatı

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Kanadanın Kalqari şəhərində Qlobal Neft-Qaz Mühəndisliyi Cəmiyyətinin (“Society of Petroleum Engineering Global- SPE Global”) təşkilatçılığı ilə keçirilmiş beynəlxalq “Petrobowl” yarışının final mərhələsində iştirak edərək fərqləniblər.

Ardını oxu...

İSA HƏBİBBƏYLİ MİLLİ TƏƏSSÜBKEŞLİK HİSSLƏRİNİ ÖZÜNDƏ BİRLƏŞDİRƏN AKADEMİK ALİMDİR

Həyatımız çox ibrətamiz, sehrli anlarla doludur. Bu anlar hər bir insanın öz əməl­lə­ri ilə yaşanır. Ulu Tanrının hökmü ilə hər kəs öz tərcümeyi-halını yazır. Tərcümeyi ha­lın zən­ginliyi, maraqlılığı, saflığı onun sahibinin əməlləri ilə müəyyənləşdirilir. Öz tər­cü­me­yi-halı ilə elmi mühitdə ən ali yerini tutan alimlərimizdən biri də Filologiya üzrə elm­­lər dok­toru, profes­sor, Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın vitse pre­zi­denti, Aka­demik, Əmək­dar elm xa­di­mi İsa Həbibbəylidir. Elmin fanatiki müdriklərin gözündə alim ucalığı ya­radır, elm tarixində isə onun qızıl fondunun yaşarı şəklinə çevrilir. Aka­de­mik İsa Hə­bib­bəyli məhz belə fanatik alimlərimizdəndir. İsa Həbibbəylinin elmi-tədqiqat işini daha sə­mərəli edən onun müəllimlik fəaliyyətidir. Akademik auditoriyada dərs deyərkən oxu­du­ğu mühazirələrin yeni istiqamətlərini aramış, onların məzmununu təkmilləşdirərək la­zı­mi səviyyəyə qaldırmışdır.

Ardını oxu...

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə ABŞ Konqresinin nümayəndələrinin qanunsuz səfərinə görə Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosiyə və Konqres üzvlərinə etiraz məktubu göndəriblər.

Ardını oxu...

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR